ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşdə Rusiyanın ilkin mövqelərindən geri çəkilməyəcəyini açıq şəkildə nümayiş etdirib.
Sherg.az-ın məlumatına görə, Conson qeyd edib ki, noyabrın 12-də Kremldə keçirilən görüşdə Putinin mövqeyində dəyişiklik olmayıb. Onun sözlərinə görə, Avropa ölkələri Ukraynanın sülh prosesini bundan sonra da görməzlikdən gələcəyi təqdirdə Rusiyanın hərbi yolla qələbə qazana biləcəyini nəzərə almalıdır.
Rusiya Prezidenti daha əvvəl ölkəsinin dialoqa töhfə verməyə hazır olan dövlətlərlə əməkdaşlığa və ədalətli dünya nizamının qurulmasına açıq olduğunu bildirib.