Tehranda bir neçə partlayış baş verib

İranın paytaxtı Tehranın bir neçə rayonunda partlayış səsləri eşidilib.

APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda paytaxtda hava hücumundan müdafiə sistemləri işləyir.

Partlayışlar şəhərin mərkəzi və şimal hissəsində qeydə alınıb.