ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla " 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Sherg.az xəbər verir ki, şirkətin ümumi gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq 28,2 milyard dollara çatıb. Bununla yanaşı, Tesla-nın xalis mənfəəti 5 faiz azalaraq 1,11 milyard dollar təşkil edib.
Şirkətin səhm üzrə düzəldilmiş mənfəəti də ötən ilin ikinci rübündəki 40 sentdən 33 sentə enib. Beləliklə, gəlirlər bazar proqnozlarını üstələsə də, mənfəət gözləntilərdən aşağı olub.
Tesla bildirib ki, süni intellekt, avtonom idarəetmə və istehsal infrastrukturuna yatırımların artması nəticəsində kapital xərcləri illik müqayisədə 142 faiz artaraq 5,79 milyard dollara yüksəlib.
Şirkət daha əvvəl açıqlamışdı ki, 2026-cı ilin ikinci rübündə 451 min 758 avtomobil istehsal edib, qlobal tədarükləri isə 25 faiz artaraq 480 min 126 ədədə çatıb.