ABŞ Prezidenti Donald Tramp sürətlə Rusiya və Ukrayna arasında sülh razılaşmasına nail ola bilər.
Teleqraf xəbər verir ki, bunu İsveçrə xarici işlər naziri İnyatsio Kassis deyib.
“Bu, Qəzza üzrə sazişdə olduğu kimi, çox tez baş verə bilər”, - o, “SonntagsBlick” qəzetinin Trampın Rusiya və Ukrayna arasında razılaşma əldə etmək cəhdlərinin nə qədər uzana biləcəyi barədə sualını cavablandırarkən bildirib.
Kassis qeyd edib ki, İsveçrənin 2026-cı ildə ATƏT-ə sədrlik edəcəyi dövrdə məqsədi ATƏT-i belə bir inkişafa hazırlamaq olacaq.