Tramp ABŞ-ın silah-sursat qıtlığı ilə üzləşdiyi iddialarını yalanlayıb

ABŞ prezidenti Donald Tramp ölkəsinin silah-sursat çatışmazlığı ilə üzləşdiyinə dair iddiaları təkzib edib.

APA xəbər verir ki o, bu haqda “Truth Social” hesabında yazıb.

“Qorxaqlar və xainlər ABŞ-ın sursat qıtlığında əziyyət çəkdiyini deməyi sevirlər. Bu düzgün deyil. Bizim istifadə edəcəyimizi düşündüyümüzdən də çox sursatımız var və biz onların miqdarını misli görünməmiş səviyyələrə qədər artırırıq”,- Tramp qeyd edib.