Tramp: Anam kral Çarlza aşiq idi

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı Çarlz və kraliça Kamillanın səfəri zamanı çıxışı zamanı anasının ona aşiq olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp çıxışında Kraliça II Yelizavetanı xatırladaraq, onu daha yaxşı tanıdığı üçün şanslı olduğunu bildirib.

O, mərhum kraliçanın 1991-ci ildə Ağ Evin ərazisində əkdiyi ağaca işarə edərək dedi: "Bu gün biz solda, bir neçə on fut aralıda, əsrlər boyu davam edən bu əlaqənin canlı simvolunu görürük. Bu qüdrətli Atlantik okeanının hər iki tərəfində çox xatırlanan kraliça II Yelizavetanın əkdiyi bu gözəl ağaca baxın".

Tramp həmçinin xatırladıb ki, Şotlandiyada doğulan anası Britaniya kral ailəsini və Kraliça II Yelizavetanı çox sevirdi.

"Kraliça hər dəfə bir mərasimdə və ya başqa bir şeydə iştirak etdikdə, anam gözlərini televizora zilləyərək deyərdi: "Bax, Donald. Gör nə gözəldir...'", - deyə o qeyd edib.

Tramp əlavə edib ki, anasının "gənc Çarlz çox xoşagələndir" sözlərini xatırlayır: "Anam Çarlza aşiq idi, buna inana bilərsinizmi? Görəsən, indi nə düşünür?"