Tramp: Hörmüz boğazından neft alan dünya ölkələri bu keçidi öz üzərilərinə götürməlidir

“Amerika Birləşmiş Ştatları İranı hərbi, iqtisadi, həm də digər cəhətdən tamamilə məhv edib. Lakin Hörmüz boğazından neft alan dünya ölkələri bu keçidi öz üzərilərinə götürməlidirlər”. AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O, ABŞ-nin onlara çox kömək edəcəyini bildirib.

“ABŞ hər şeyin tez, rahat və yaxşı getməsi üçün həmin ölkələrlə addımları əlaqələndirəcək. Bu, həmişə komanda işi olmalı idi və indi də belə olacaq. Bu, dünyanı harmoniya, təhlükəsizlik və əbədi sülh naminə bir araya gətirəcək”,-deyə Tramp əlavə edib.