Tramp: “Hörmüz boğazını açmağımızı istəyirlər”

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə İranla bağlı açıqlama verib. O, “İran çöküş halındadır” ifadəsini işlədərək bildirib ki, Vaşinqtondan “Hörmüz boğazının mümkün olan ən qısa zamanda açılması” tələb olunur.

Sherg.az xəbər verir ki, ABŞ Enerji naziri Kris Rayt isə açıqlamasında Hörmüz boğazının hətta mina təmizlənmədən belə açıla biləcəyini bildirib.

Hazırda Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır və təhlükəsizlik səbəbindən dəniz nəqliyyatı məhdud şəkildə davam edir. Bəzi gəmilərin hərəkəti qeyri-müntəzəm xarakter daşıyır.