Tramp: İran məni öldürsə, görünməmiş hücumla üzləşəcək

Tehran mənə qarşı sui-qəsd planlarını həyata keçirəcəyi təqdirdə, İrana görünməmiş güclə zərbə endirmək əmrini vermişəm.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə müsahibəsində bildirib.

"Mən uzun müddətdir ki, onların hədəf siyahısındayam. Məhz bununla məşğul oluruq. Etdiyim tək şey təlimat qoymaq idi: əgər mənə bir şey olsa, onları əvvəlkindən daha çox bombalayın", - deyə Tramp bildirib.

O həmçinin iddia edib ki, İran illərdir onu öldürməyə çalışır.

Tramp bildirib ki, İsrailin Vaşinqtonu ona qarşı yeni bir sui-qəsd barədə xəbərdar etməsi barədə son xəbərlər yalandır, lakin o, özünün uzun müddətdir Tehranın bir nömrəli hədəfi olduğuna inanır.