Tramp İrana qarşı zərbələrə müvəqqəti fasilə verilməsi barədə göstəriş verib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı gündəlik hərbi zərbələrə müvəqqəti fasilə verilməsi barədə göstəriş verib.

“Axios”un məlumatına görə, bu qərarla təxminən iki həftə davam edən gündəlik hücumlar dayandırılıb.

Mənbələrin bildirdiyinə görə, qərar Omanın Tehrana diplomatik missiya göndərməsindən sonra qəbul olunub.

Bununla belə, fasilənin nə qədər davam edəcəyi və Vaşinqtonun İrana qarşı siyasətində daha geniş dəyişikliklərin başlanğıcı olub-olmadığı hələlik məlum deyil.

Ağ Ev və Pentaqon məsələ ilə bağlı rəsmi açıqlama verməyib.