ABŞ Prezidenti Donald Tramp İranı “bir az da bombalamaq” ehtimalı ilə bağlı zarafat edib.
Sherg.az xəbər verir ki, Tramp bu barədə Cənubi Karolinada keçirilən mitinqdə danışıb. Ağ Ev rəhbəri həmçinin ABŞ-ın Tehranla apardığı iqtisadi müharibənin hərbi əməliyyatları istisna etmədiyini bildirib.
“Bizim kifayət qədər vaxtımız var, elə deyilmi? Mən başqa nə etməliyəm ki? Geri qayıdıb İranı bir az da bombalayım?” - deyə Tramp seçicilərlə söhbəti zamanı bildirib.
Xatırladaq ki, Tramp İranla bağlı iqtisadi əməliyyat elan edərək bunu “misli görünməmiş miqyasda təcrid” adlandırıb və müttəfiqlərini də bu prosesə qoşulmağa çağırıb.
İndi Vaşinqton hərbi əməliyyatlara əl atmaq əvəzinə İranı iqtisadi baxımdan “boğmağa” çalışır. Bununla yanaşı, ABŞ Tehranla sülh razılaşmasının əldə olunmasının vacibliyindən davamlı şəkildə danışır.
Lakin Vaşinqtonun irəli sürdüyü tələblər səbəbindən mümkün razılaşma daha çox İranın kapitulyasiyasını xatırladır. ABŞ heç bir güzəştlə razılaşmaq və İranın mövqeyini nəzərə almaq istəmir.