Tramp: İranla yeni müqavilə əvvəlki sazişin tam əksi olacaq

ABŞ və İran arasında imzalanacaq yeni müqavilə 1915-ci ildə imzalanmış sazişin (JCPOA) tam əksi olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“İranla razılaşma ya böyük və mənalı olacaq, ya da ümumiyyətlə heç bir razılaşma olmayacaq. Bu, uğursuz Barak Obama administrasiyasının danışıqlar apardığı və İranı nüvə silahına aparan birbaşa və açıq yol olan fəlakətli sazişin tam əksi olacaq. Mən belə sövdələşmələr etmirəm”, - Amerika lideri vurğulayıb.