Donald Tramp və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında görüş hazırda planlaşdırılmır, lakin ABŞ prezidenti ölkənin maraqları naminə istənilən şəxslə görüşməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton Belarusdakı məhbusların azad edilməsini ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində konstruktiv addım kimi qiymətləndirib və bu kursun davam edəcəyi təqdirdə gələcək əməkdaşlığı qiymətləndirməyə hazırdır.