"Sizi məyus etdiyim üçün təəssüflənirəm, amma o, qismən rutin bir səfər çərçivəsində Rusiyadadır".
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "The Glenn Beck Program" onlayn proqramının efirində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya səfəri barədə danışarkən deyib.
Retkliffin səfərini rutin səfər kimi qiymətləndirən ölkə başçısı hər hansı nəticənin əldə olunacağını istisna etməyib.