
Tramp müharibənin dayanmasını istəyir: Amma ABŞ-nin “dərin dövləti” buna qarşıdır
04:06 31.10.2025
Dünya
307
“Rusiya atəşkəsdən ehtiyat edir, çünki Ukraynanın güclənəcəyindən qorxur”
Avropa getdikcə Ukrayna münaqişəsinə cəlb olunur. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. O vurğulayıb ki, bütün bu daxil olan məlumatlar etibarlı şəkildə göstərir ki, Qərb, Avropa, ilk növbədə, ayrı-ayrı ölkələrin səyləri ilə getdikcə Ukrayna münaqişəsinə cəlb olunur. Qruşko məsələ ilə bağlı Parislə əlaqə saxlanılmadığını qeyd edib. Macarıstan Baş naziri Viktor Orban da Avropaya çağırış edib. Orban deyib ki, Avropa Ukraynaya mümkün qədər az pul ayırmalı, resursları Avropada saxlamalıdır: "Hər bir ölkənin enerji seçimlərinə hörmət edin. Avropa hakimiyyətinin Ukraynadakı vəziyyətin həlli ilə bağlı Rusiya ilə dialoqdan imtina etməsi ciddi səhvdir. Macarıstan gələcəkdə yeni təhlükəsizlik sistemi ilə bağlı razılığın əldə olunması üçün Brüssel və Moskva arasında əlaqələrin bərpa olunmasını istəyir".
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, Avropa İttifaqı Ukrayna ilə bağlı məsələdə yekdil qərar qəbul etməkdə çətinlik çəkir. Ekspert vurğulayıb ki, bunun səbəbi odur ki, Aİ daxilində həm Rusiyaya, həm də Ukraynaya münasibətdə loyal olan dövlətlər var:

"Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsində daxildən parçalanma yaşayır. Bəzi Avropa ölkələrinin ABŞ-Rusiya danışıqlarından gözləntiləri olanlar da var. Əslində, Avropa dövlətlərinin gözləntisi o idi ki, ABŞ və Rusiya liderləri arasında görüş keçirilər və məsələlər aydınlaşar. Hadisələrin gedişi də göstərirdi ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya rəhbəri V.Putin arasında görüşün Budapeştdə keçirilməsi ehtimalı zəif idi. Verilən bəyanatlardan da görüşün olmayacağı bəlli idi. Nə Rusiya, nə də Ukrayna müharibəni dayandırmaq niyyətindədir. Putinin sözçüsü Dmitri Peksovun açıqlamalarından gördük ki, Rusiya danışıqlara getsə də, müharibəni dayandırmaq, atəşkəsə razılıq vermək niyyətləri yoxdur. Halbuki, liderlərin görüşünün əsas məqsədi, məğzi müharibənin dayandırılması, atəşkəsin əldə olunması idi. Rusiya hesab edir ki, müharibəni dayandırarsa, strateji hədəflərini reallaşdıra bilməyəcək. Moskvanın ümumilikdə hədəfi Ukraynanın bütün ərazilərini ələ keçirməkdir. Rusiya ehtiyat edir ki, atəşkəs əldə olunarsa, Ukrayna güclənər, toparlanar. Qərb ölkələri də Ukraynanı daha çox silahlandırar".
Analitik əlavə edib ki, ABŞ-nin marağı isə fərqlidir:
"Məsələ ondadır ki, Prezident D.Trampla ABŞ dövlətinin ümumi strateji hədəflərini eyniləşdirmək olmur. Tramp müharibənin dayanmasını istəsə də, "dərin dövlət" hələlik bunu istəmir. ABŞ müəyyən regionlarda öz mövqelərini gücləndirmək, maraqlarını qorumaq üçün Rusiyanın başının Ukraynada qarışmasında maraqlı ola bilər. Yəni müharibənin uzanması ABŞ-nin "dərin dövləti"nin işinə yarayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm