Tramp: NATO ölkələri İrana qarşı əməliyyatında iştirakdan imtina edib

NATO ölkələri Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" yazıb.

O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur: "Biz böyük hərbi uğurlar qazanmışıq, artıq NATO ölkələrindən kömək istəmirik və ya onlara ehtiyac duymuruq və heç vaxt ehtiyac duymamışıq. Eyni şey Yaponiya, Avstraliya və Cənubi Koreya üçün də keçərlidir"