Tramp Putinlə yaxın vaxtlarda danışacağını açıqladı

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı aparmağı planlaşdırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "Politico" nəşrinə müsahibəsində məlumat verib.

Tramp eyni zamanda bu həftəsonu Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş gözlədiyini də bildirib.

“Məncə, Zelenski ilə hər şey yaxşı olacaq. Düşünürəm ki, Vladimir Putinlə də hər şey yaxşı olacaq”, -deyə ABŞ prezidenti vurğulayıb.

Tramp əlavə edib ki, Rusiya lideri ilə yaxın vaxtlarda, uyğun hesab etdiyi anda danışacaq.