Trampa 321 brilyantla bəzədilmiş üzük hədiyyə edilib

ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə "Antverpen Ümumdünya Almaz Mərkəzi" (AWDC) ABŞ Prezidenti Donald Trampa 321 təbii brilyantla bəzədilmiş qızıl üzük hədiyyə edib.

Sherg.az xəbər verir ki,  hədiyyə ABŞ-ın Belçikadakı səfiri Bill Uayt vasitəsilə təqdim olunub. AWDC üzüyün ABŞ ilə iqtisadi əlaqələrin rəmzi olduğunu qeyd edib.

Məlumata görə, qızıl üzüyün üzərində 321 təbii brilyantla yanaşı, daha 75 qiymətli daş da yerləşdirilib. Mərkəz vurğulayıb ki, zinət əşyasının hazırlanmasında yalnız təbii brilyantlardan istifadə olunub.