Türkiyə “Meta” şirkətini cərimələdi
Türkiyə “Meta” şirkətini cərimələdi
10:05 18.03.2024
Dünya
410
Türkiyənin antiinhisar tənzimləyicisi Rəqabət Şurası bazarda dominant mövqeyindən sui-istifadə etdiyi üçün “Meta” şirkətinə müvəqqəti məhdudlaşdırıcı tədbir və cərimə tətbiq etmək qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında yerləşdirilən qərarda deyilir.
“Prosesin mövzusu İnstaqram və Threads sosial şəbəkələrindəki hesabların birləşdirilməsidir. İstifadəçilərin bundan imtina etmək imkanı yoxdur. Belə bir vəziyyət sektorda rəqabətin sağlam inkişafına bərpaolunmaz ziyan vurur. Şirkət uzun illərdir bazarda fəaliyyət göstərir və hərtərəfli və ətraflı məlumat toplayır. “Meta”nın istifadəçi bazası reklamçılar üçün cəlbedicidir və şirkətin hərəkətləri rəqiblərin reklamçılara, eləcə də maliyyə resurslarına çıxışını çətinləşdirir. “Meta”nın siyasəti bazara giriş üçün maneə yaradır. Şirkət 60 gün ərzində istifadəçi hesablarının birləşdirilməsi ilə bağlı vəziyyəti düzəltməli və cərimə ödəməlidir. Bu tədbirlər həyata keçirilməzsə, o zaman məhkəmədə icraat başlana bilər”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya