Türkiyə rusiyalı turistləri itirməmək üçün qiymətləri endirə bilər

Türkiyənin turizm sektoru yay mövsümündə rusiyalı turistləri itirməmək üçün qiymətləri azaltmağa məcbur qala bilər.

Sherg.az xəbər verir ki, bu barədə Antalya şəhərində fəaliyyət göstərən otel sahibi Mehmet Usta Bilginer bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki gərginlik və qeyri-müəyyənlik turistlərin qərarlarına təsir edir. Bu səbəbdən otellər və tur operatorları mümkün tələbat azalmasına qarşı əvvəlcədən qiymət siyasətini uyğunlaşdırır.

Rusiya Tur Operatorları Assosiasiyasının məlumatına əsasən, fevral ayında Rusiyadan Türkiyəyə səfərlər 2,5% artıb və ölkə əsas turizm bazarlarından biri olaraq qalır. Mart ayında isə artımın daha yüksək olacağı gözlənilir.

Ekspertlər bildirir ki, artan xərclər və rəqabət fonunda turizm sektoru həm qiymətləri balanslaşdırmağa, həm də turist axınını qorumağa çalışır.