Türkiyədə atışma: PKK üzvü öldürüldü
Yusif Nəzərli
06:30 25.10.2024
Dünya
478
Türkiyənin Mardin şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.
O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan Aktaş adlı PKK/KCK nümayəndəsi polislərə müqavimət göstərib və o, atışma nəticəsində öldürülüb.
“Faraşin-Bedran” kod adlı terrorçunun qırmızı bülletenlə axtarıldığı bildirilir.
Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 1 M16 avtomatı, 1 AKİS avtomatı, 5 ədəd M16 avtomatının darağı, 5 ədəd AKİS avtomatının darağı, 4 əl bombası, 2 poverbank, 3 durbin, 1 bel çantası, 1 diktafon, 1 əl fənəri və digər ləvazimatlar ələ keçirilib.
Ə.Yerliqaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət