Türkiyədə inflyasiya azalacaq: Rəcəb Tayyib Ərdoğan tarixi açıqladı
10:52 08.10.2025
Dünya
366
"İlin əvvəlindən başlayaraq inflyasiyada əhəmiyyətli dərəcədə azalma müşahidə edəcəyik. İqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb".
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə toplantısında iştirak üçün getdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab olaraq deyib.
Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamalarda inflyasiya ilə mübarizədə qərarlılıq ifadə edib.
"Düzdür, periodik təsirlər səbəbindən sentyabr ayında inflyasiya göstəriciləri gözləntiləri üstələyib. Amma heç kim bu vəziyyəti Türkiyə iqtisadiyyatı ilə bağlı pessimist mənzərəyə çevirməsin. Çünki biz günü xilas edən deyil, gələcəyi inşa edən proqram həyata keçiririk. Proqramımızı qərarlılıqla və uğurla tətbiq etməyə davam edirik. Bundan əlavə, periodik dalğalanmalara deyil, bütün iqtisadi mənzərə üzərinə diqqətimizi yönəltmişik. İnflyasiya ilə mübarizə, şübhəsiz ki, asan deyil. Keçmişdə bu mübarizədə uğur qazanmışıq. Bu gün yenidən uğur əldə edə bilərik. Çünki bu sahədə təcrübəliyik. Bu işi bilirik və bunun öhdəsindən necə gələcəyimizlə bağlı çıxış yolu tapmaq üçün çalışırıq. Narahat olmayın, Türkiyə iqtisadiyyatı güclü təməllər üzərində yüksəlir", - deyə Ərdoğan qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm