Türkiyədə məşhur təriqət lideri həbs edildi

  Türkiyədə Süleymançılar dini qruplaşmasının lideri Əlixan Kuriş həbs olunub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, cinayətkar qruplaşma yaratmaqda ittiham olunaraq saxlanılan Əlixan Kuriş barəsində həbs qərarı verilib.

Ankara Baş Prokurorluğu tərəfindən “Əlixan Kuriş Cinayət Təşkilatına” qarşı aparılan istintaq çərçivəsində saxlanılan 38 şübhəlidən 32-si həbs edilib, qalan 6 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.

Qeyd edək ki, avqustun 13-də Ankara Respublika Baş Prokurorluğu tərəfindən "Əlixan Kuriş cinayət təşkilatı"na qarşı istintaq başladılmış, Ə.Kuriş daxil olmaqla, 40-a yaxın şəxs saxlanılmışdı. Onlara qarşı cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, çirkli pulların yuyulması, dələduzluq, vergidən yayınma kimi ittihamlar irəli sürülmüşdü.