Yunanıstan mətbuatı NATO Sammiti çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra Türkiyənin F-35 proqramına yenidən qoşulması ehtimalının artdığını iddia edib.
Sherg.az xəbər verir ki, "Kathimerini və in.gr" nəşrlərinin məlumatına görə, Ankara ilə Vaşinqton arasında bu istiqamətdə danışıqlar yeni mərhələyə keçib və ABŞ Konqresində prosesin noyabr ayına qədər irəliləyə biləcəyi ehtimal olunur.
Yunan ekspertlər ABŞ-nin Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə meyilli görünməsinin Afinada ciddi narahatlıq doğurduğunu bildirirlər. Təhlillərdə həmçinin Türkiyənin geosiyasi əhəmiyyəti, NATO daxilindəki strateji rolu və F-16 modernizasiyası ilə KAAN layihəsi üzrə əməkdaşlıq imkanları da diqqət mərkəzində saxlanılıb.