“Türkmənistan rus məktəblərini bağladı” – Moskvaya MESAJ : “Bu hələ son deyil!”
Banuçiçək Kalbalıyeva
11:56 16.09.2020
Dünya
1203
“Türkmənistanda baş verən olaylar digər Mərkəzi Asiya ölkələrində də təkrarlana bilər”
“Rusiyanın Mərkəzi Asiyadakı mövqeləri zəifləyir”
“Halbuki, onun ən güclü mövqeləri məhz həmin ərazidə idi”
“Türkmənistan ölkədəki rus məktəblərini bağladı. Rusiya tərəfi isə dərhal reaksiya verdi. Bu çox vacib mesajdır. Bəlkə də Türkiyə …”
Siyasi analitik Rusif Məmmədsoyun “Facebok” hesabında yazdığı bu fikirlər maraqla qarşılanıb. Türkiyə nəyə hazırlaşır? Davam edən mürəkkəb vəziyyət nə ilə nəticələnəcək?
R.Məmmədsoy “Sherg.az”a açıqlamasında bildirib ki, baş verən hadisələr Kremlin zəiflədiyini göstərir:
“Türkmənistanda rus məktəblərinin bağlanması Moskvaya ciddi mesaj idi. Əlbəttə, Rusiya Türkmənistana nota göndərib, narazılığını bildirdi. Lakin belə bir addımın atılması onu deməyə əsas verir ki, Rusiyanın Mərkəzi Asiyadakı mövqeləri zəifləyir.
Halbuki onun ən güclü mövqeləri məhz həmin ərazidə idi. Fikrimcə, bu, son deyil. Türkmənistanda baş verən olaylar digər Mərkəzi Asiya ölkələrində də təkrarlana bilər”.
Analitik yaxın gələcəkdə böyük Turan dövlətinin yaradılmasını da istisna etmir:
““Rusiya mövqelərini itirir” demək istəməzdim. Bu, çox radikal olar. Amma zəiflədiyi aydındır. Türkiyənin məşhur politoloqlarından biri bu yaxınlarda çıxış edərək söyləmişdi ki, oktyabrda böyük Turan dövləti yaradıla bilər. Fikirlərinin sadəcə təxmin olduğu şübhəsizdir. Lakin reallaşa bilər. Həmin ekspertin də vurğuladığı kimi, bu istiqamətdə illərdir ciddi işlər görülüb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq