Böyük Britaniya, Almaniya və Fransa liderləri ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Ukraynadakı münaqişənin həlli üçün sülh planı üzərində işləməyə davam etmək barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmerin sözçüsü bildirib.
“Liderlər ABŞ-nin rəhbərlik etdiyi sülh danışıqları fonunda son hadisələri müzakirə edib və Ukrayna üçün ədalətli sülhün əldə edilməsi, qan tökülməsinə son qoyulması səylərini alqışlayıblar.
Starmerin sözçüsü əlavə edib ki, sülh planı üzərində intensiv iş yaxın günlərdə də davam edəcək.