ABŞ Ukraynanın neft daşıyan və ABŞ-la əlaqəli gəmilərə hücumlarından narahatlığını bildirib.
Sherg.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində son aylarda ABŞ-la əlaqəli neft daşıyan bir sıra gəmilərin Ukrayna tərəfindən hücuma məruz qaldığını deyib.
Rubio bildirib ki, hücumlar qəsdən həyata keçirilməmiş də ola bilər. Lakin Vaşinqton bu vəziyyətin davam etməsinə imkan vermək niyyətində deyil.
ABŞ dövlət katibinin sözlərinə görə, Vaşinqton məsələ ilə bağlı sərt tədbirlər görmək niyyətindədir.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl Moskva ilə Vaşinqton arasında Alyaskada müzakirə olunan razılaşmaların pozulmasında Avropanı günahlandırıb. Onun sözlərinə görə, avropalılar ABŞ-ı razılaşmadan çəkindirərək Ukraynada sülh prosesinin qarşısını alıblar.