Xorvatiyanın Geopolitika.news portalı Ukraynanın yalnız Rusiyanın hücumları deyil, həm də ölkə daxilindəki siyasi qarşıdurmalar və korrupsiya qalmaqalları səbəbindən ciddi problemlərlə üzləşdiyini yazıb.
Sherg.az xəbər verir ki, nəşrin məlumatına görə, Ukraynada son günlər yeni korrupsiya iddiaları və hakimiyyət daxilində fikir ayrılıqları gündəmə gəlib. Zelenskinin ofisinin rəhbər müavini İrina Mudranın vəzifədən azad edilməsi də bu proseslər fonunda baş verib.
Məqalədə həmçinin bu yaxınlarda vəzifəsindən uzaqlaşdırılan müdafiə naziri Mixail Fedorovun müharibə şəraitində prezident seçkilərinin keçirilməsinə çağırış etməsi qeyd olunur.
Portalın qənaətinə görə, Ukraynada yaşananlar artıq yalnız hakimiyyət uğrunda siyasi mübarizə deyil, ölkənin siyasi sistemində daha dərin böhranın olduğunu göstərir.