Ukrayna məsələsi Rusiya üçün son qaladır
Turan
07:59 23.04.2021
Dünya
647
"Bayden dönəmində Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayacaq. Proqnozlar özünü doğrultmaqdadır"
Rusiya Prezidenti Vladimir Putin Kremli hədəf alan gücləri təhdid edib. Putin vurğulayıb ki, Rusiya bütün dünya ilə dostluq münasibətləri istəyir, amma kimsə bunu zəiflik kimi qəbul edərsə, Moskvanın cavabı sərt olacaq: “Bizim kifayət qədər səbrimiz, məsuliyyətimiz və sağlam düşüncəmiz var. Ancaq ümid edirəm ki, heç kim qırmızı xətti keçməz. Və bunun harada baş verəcəyini özümüzü müəyyənləşdirəcəyik. Rusiya heç kimlə körpüləri yandırmaq istəmir, amma lazım olan anda, cavabımız asimmetrik, sürətli və sərt olacaq.
Onlar peşman olacaqlar”. Ağ Ev sözçüsü Jen Psaki Putinin xəbərdarlığını cavabsız qoymayıb. O deyib ki, onlar sanksiya tətbiq edərkən bunun dərhal davranış dəyişikliyinə yol açacağını gözləmirdi:
“Ancaq qətiyyən qəbul edilməyən və davam etməməsi lazım olan addımlara qarşı da qəti mesajımızı yollayırıq. Daha əvvəl Rusiya ilə “sabit və proqnozlaşdırıla bilən” əlaqə qurmaq üçün niyyətimizi qarşı tərəfə çatdırmışıq. Tətbiq etdiyimiz sanksiyalar kimsəni zirvəyə çıxmağa inandırmaq məqsədi daşımır”. Rusiya ilə əməkdaşlıq edə biləcəkləri sahələrin olduğunu və Putinə zirvə görüşü təklifinin qüvvədə qaldığına işarə edən Psaki bildirib ki, belə bir görüşün baş tutması məqsədilə yüksək səviyyədə müzakirələri davam etdirirlər.
Siyasi şərhçi Samir Hümbətov “Şərq”ə vurğulayıb ki, Qərblə Rusiya arasında bir çox mübahisəli məsələlər var ki, bunların başında Ukrayna problemi durur. Analitikə görə, Ukrayna məsələsi Rusiya üçün son qala, Qərb ölkələri ilə təmas yeri hesab olunur:
“Moskva hesab edir ki, Ukrayna NATO-ya və digər qərb təşkilatlarına üzv olarsa, bu, Rusiya üçün böyük təhlükədir. Çünki bununla Rusiya Qərbin müttəfiqləri ilə çevrələnmiş hala düşür. Rusiya daxilindəki müəyyən problemlər də Qərb dairələri tərəfindən qabardılır.
Ölkədə müxalif lider Aleksandr Navalnıya görə baş vermiş etirazlar kifayət qədər ciddi məsələdir. Putin Qərbə ünvanlı “qırmızı xətt” dedikdə əsasən bu məqamı nəzərdə tutur.
Kreml rəhbəri mesaj vermək istəyir ki, həm Ukrayna, həm də Navalnı məsələsinin qəsdən şişirdilməsi Rusiya ilə Qərb arasında daha ciddi konfrantasiyanın yaranmasına səbəb olur. Federal Təhlükəsizlik Şurasının iclasında Ukraynanın adının çəkilməməsi onu göstərir ki, bu məsələ Kiyevlə deyil, birbaşa Qərblə müzakirə olunan problemdir. Ukrayna Prezidenti V.Zelenskinin Putini görüşə çağırmasına cavab verilməməsi məhz bununla bağlıdır. Kreml rəhbəri Ukrayna problemini bu ölkənin prezidenti ilə deyil, Qərb ölkələrinin lideri ilə çözməyə çalışır. Bununla həm də vurğulamaq istəyir ki, Ukrayna, o cümlədən Navalnı ilə bağlı məsələnin arxasında Qərb dayanır”.
S.Hümmətov vurğulayıb ki, müəyyən dairələr Navalnı kartından Moskvaya təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar:
“Digər məsələ isə sanksiyalarla bağlıdır. ABŞ Prezidenti Co Bayden Rusiyaya antipatiyası ilə seçilən dövlət başçısıdır. Hətta o, hakimiyyətə gəlməzdən qabaq rusiyalı ekspertlər bildirirdilər ki, Bayden dönəmində Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayacaq. Proqnozlar özünü doğrultmaqdadır. Prosesin bundan sonra necə cərəyan edəcəyini dəqiqliklə ifadə etmək mümkün deyil. Çünki gündəm sürətlə dəyişir. Çox güman ki, Rusiyaya qarşı sanksiya paketi tədricən, mərhələli şəkildə sərtləşdiriləcək. Qərbin əsas məqsədi Rusiyanı getdiyi yoldan döndərməkdir. Moskva isə bu məsələdə maksimum dirənməyə çalışır.
Ukrayna ilə sərhədə 100 minlik qoşun yığması da onu göstərir ki, Kreml geri addım atmaq fikrində deyil. Çünki Putinin də dediyi kimi, Ukrayna “qırmızı xətt” hesab olunur. Yaxın günlərdə kompramis gözlənilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm