Ukrayna ordusunda döyüşən azərbaycanlı DANIŞDI
Yusif Nəzərli
08:08 09.03.2022
Dünya
700
Artıq 14 gündür ki, Rusiya və Ukrayna arasında müharibə davam edir. Döyüşlərdə iştirak edənlər arasında azərbaycanlılar da var. Onlardan biri də Zamir Əliyevdir.
O, döyüşlərdə iştirak etməsi barədə Oxu.Az-a danışıb:
“Uşaqlıqdan Ukraynada yaşayıram. Əvvəlcə Donetsk vilayətində, Qorlovka şəhərində yaşayırdım. 2011-ci ildə Q.Bereqovoy adına Donetsk hərbi liseyinə daxil oldum. 2014-cü ildə şəhərimiz Rusiya tərəfindən atəşə tutuldu. Ölkədə vəziyyət gərgin idi”.
Həmsöhbətimiz deyir ki, 2015-ci ildə Kiyev şəhərində universitetə daxil olub:
“Hüquq fakültəsində hüquq ixtisası üzrə təhsil aldım. İkinci kursda mənə İvan Çernyaxovski adına Hərbi Akademiyanın Sosial Psixologiya fakültəsinə daxil olmağı təklif etdilər. Tərəddüd etmədən qərar verdim və hərbi akademiyaya daxil oldum.
2018-ci ildə iki universiteti müvəffəqiyyətlə bitirmişəm və iki ali təhsilim var. Gələcəkdə kim olmaq istədiyimlə bağlı seçimim var idi.
Mən Ukraynada yaşayan dinc insanları qorumaq istəyirəm. 2019-cu ildə Ukrayna xalqının ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün xidmət etməyə başladım. İndi də qorumağa davam edirəm”.
Z. Əliyev əlavə edib ki, hazırda ölkədə vəziyyət kritikdir:
“Müharibə 2014-cü ildən davam edir və əminəm ki, biz birlikdə işğalçıya qalib gələ biləcəyik. İstiqamətimiz intensiv atəşə tutulur, buna baxmayaraq, biz müharibə uğurlu nəticələr əldə edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya