Ukrayna strateji yanacaq ehtiyatlarını yeraltında saxlayacaq

Ukrayna hökuməti hərbi vəziyyət dövründə neft və neft məhsullarının minimum ehtiyatlarının yeraltında saxlanılması üzrə ikiillik eksperimental layihəyə başlayıb.

Sherg.az xəbər verir ki, layihənin məqsədi strateji yanacaq ehtiyatlarını mümkün zərbələrdən və itkilərdən qorumaqdır. Bunun üçün duz mağaraları, tükənmiş neft və qaz yataqları, süni yeraltı rezervuarlar və digər uyğun obyektlərdən istifadə ediləcək.

2027-ci ildən etibarən yanacaq bazarının iştirakçıları minimum ehtiyatlara daxil olan dizel yanacağının ən azı 20 faizini yeraltında saxlamağa borclu olacaqlar. Layihəyə Energetika Nazirliyi nəzarət edəcək, məsul saxlayıcı isə “Ukrtransnafta” olacaq.