Ukrayna üçün razılıq əldə olundu: 90 milyard avro ayrılacaq

Avropa Birliyi liderləri Ukraynanın təcili maliyyə ehtiyaclarını qarşılamaq üçün 90 milyard avro məbləğində kredit öhdəliyi barədə razılığa gəliblər.

Lakin bu kreditin AB daxilində dondurulmuş Rusiya aktivləri hesabına verilməsi ilə bağlı ümumi mövqe formalaşmayıb. Nəticədə, AB-nin Ukraynaya ayırdığı iri həcmli vəsait birliyin daxili resursları hesabına təmin olunacaq.

Sherg.az xəbər verir ki, Macarıstan, Slovakiya və Çexiya fondun öz milli büdcələrinə təsir etməyəcəyinə dair zəmanət aldıqdan sonra yekdillik tələb edən qərarı dəstəkləyiblər. Belçikanın Rusiya aktivlərindən istifadəyə etirazı isə vəsaitin AB mənbələrindən ayrılması qərarına ciddi təsir göstərib.