Ukraynanın Qərbdən maliyyə ehtiyacının 36 milyard dollardan çox hissəsi qarşılanmayıb

Ukrayna Qərb tərəfdaşlarından ümid etdiyi maliyyəni əldə edə bilməyib.

Teleqraf xəbər verir ki, 2026-cı ildə Ukrayna hakimiyyəti Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da daxil olmaqla beynəlxalq maliyyə dəstəyi çərçivəsində 49 milyard dollar cəlb etməyi planlaşdırır.

Bunubla belə, ölkənin Qərb tərəfdaşlarından bu il ərzində 13 milyard dollardan az vəsait daxil olub.

Ölkənin 2026-cı il üzrə maliyyə ehtiyaclarının qarşılanması üçün 36 milyard dollardan çox vəsaitə ehtiyacı var.

Ukraynada artıq bir neçə ildir ki, büdcə rekord kəsirlə formalaşdırılır. Ölkənin resursları tam tükənib və vəsait tapmaq getdikcə çətinləşir.

Hökumət 2027-ci ildə tərəfdaşlardan 52 milyard dollar cəlb etməyi planlaşdırır.