Uşakov: "Putin dəfələrlə bildirib ki, Zelenski istəsə, görüşə hazırdır

"Rusiya Prezidenti Vladimir Putinin Vladimir Zelenski ilə görüşməyə hazır olması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Prezidentimiz dəfələrlə deyib ki, əgər Zelenski istəsə, Moskvaya zəng edə bilər; biz onu qəbul etməyə və danışıqlar aparmağa hazırıq".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

Uşakov Slovakiyanın Baş naziri Robert Fikonun Kiyevdən çatdırdığı siqnalları köhnə və təkrarlanan adlandırıb: "Bu mesajlar Tramp da daxil olmaqla bir çox insan vasitəsilə ötürülüb".