Uşaqlara səhv dərman verən “kabus həkim” 943 il həbs cəzası aldı
Yusif Sultanoğlu
06:48 30.11.2023
Dünya
402
Uşaqlara ketamin iynəsi vurub, sonra da “cinsi pozuqluq” diaqnozu qoyaraq həyatlarını məhv edən, ailələri də aldadan “həkim” Süleyman Salih Zoroğluna 943 il 9 ay azadlıqdan məhrumetmə cəzası verilib.
“Sherg.az”“NTV.com.tr”yə istinadən xəbər verir ki, adına “kabus həkim” deyilən S.Zoroğlu müayinə üçün gətirilən oğlan uşaqlarına ketamin iynəsi vurub, sonra da valideynlərinə “cinsi istismara məruz qalıb” deyərək onları aldadırmış. “Həkimin” FETO-çu olduğu da müəyyənləşdikdə Ədli Tibb Qurumundakı vəzifəsindən xaric edilib, haqqında məhkəmə iddianaməsi hazırlanıb. İddianamə Bakırköy Cümhuriyyət Başsavcılığı Ailədaxili və qadınlara qarşı cinayətlər istintaq bürosu tərəfindən hazırlanıb. İddianamədə qeyd edilir ki, “həkim” yaşları 7-18 arası olan 21 uşağa “cinsi pozuqluq” diaqnozu qoyaraq müalicə seanslarında bədənlərinə “ketamin” maddəsi yeritdiyi şübhələrinin olduğu qeyd edilib və bu xüsusda istintaq araşdırması başladılıb. “Həkimin” ailələri təhdid etdiyi də iddianamədə yer alır. Bundan əlavə valideynlərdən bəzisi S.Zoroğlunun uşaqlardan bir neçəsini öz evində saxladığını və onları xarici ölkələrə göndərmək istədiyini də bildiriblər. S.Zoroğlunun klinikasında və mənzilində aparılan axtarışlar zamanı “Ketamin” iynəsi və “ketamin qarışıqlı” maddələr də tapılıb. Barəsində təsdiqlənən cinayət əməllərinə görə “kabus həkim”ə məhkəmə tərəfindən toplam 943 il 9 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistan baş nazirindən İranla bağlı çağırış...
23:21 12.03.2026
Dünya
İran İsraili tezliklə məhv etməklə hədələdi
22:43 12.03.2026
Dünya
Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi
22:26 12.03.2026
Siyasət
KİV: Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə sağdır
22:08 12.03.2026
Gündəm
Tramp İsrailə bir həftə vaxt verdi: Müharibəni dayandır!
21:44 12.03.2026
Dünya
Gürcüstan ATƏT missiyasının hesabatını rədd edib
21:31 12.03.2026
Cənubi Qafqaz
Ağdam sakini Füzulidə minaya düşərək həlak oldu
20:48 12.03.2026
Hadisə
Tramp: İran yığması dünya çempionatına qatıla bilər, amma...
20:35 12.03.2026
Futbol
“Azərbaycan sülh diplomatiyasının mərkəzindədir” - ŞƏRH
20:23 12.03.2026
Gündəm
İranın parçalanmasına qarşıyıq - Hakan Fidan
20:11 12.03.2026
Dünya
Ramazanın 23-cü günü: Dua, imsak və iftar vaxtı...
19:59 12.03.2026
Cənubi Qafqaz
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya