
Xamenei İranın imicini qoruyur: Pezeşkianın istefası siyasi böhrana səbəb ola bilər
14:01 04.03.2025
Dünya
469
İran mənbələri xəbər verir ki, Prezident Məsud Pezeşkian istefa ərizəsini ölkənin ali dini lideri Əli Xameneiyə təqdim edib. Lakin Xamenei bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə “zəiflədəcək”.
Pezeşkianın istefa qərarı ölkədə maliyyə nazirinin işdən çıxarılması və vitse-prezidentin istefası ilə daha da kəskinləşən siyasi böhran fonunda baş verib. Bu hadisələr hökumət daxilində gərginliyi artırıb və ölkənin gələcək kursu ilə bağlı müzakirələrə səbəb olub.
Mənbələrin bildirdiyinə görə, Xamenei Pezeşkianın getməsinə icazə verməyəcəyini açıq şəkildə bildirib, çünki bu, rejimin sabitliyinə təhlükə yaradacaq.
Ali dini rəhbər hesab edir ki, İran daxili qeyri-sabitlik və xarici təzyiqlər qarşısında zəiflik nümayiş etdirə bilməz.
Pezeşkianın Xameneinin mövqeyini qəbul edib prezident vəzifəsinə davam edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.
Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a deyib ki, İran Prezidenti ilə mühafizəkar qanad arasında problemlər olması bəlli idi:

"Pezeşkian islahatçı kəsimi təmsil edir. O, açıq şəkildə ifadə edib ki, İranın Qərblə və münasibətlərinin normal olmadığı müxtəlif ölkələrlə əlaqələri yaxşılaşdırılmalıdır. Telefon diplomatiyasının aparılması ilə bağlı prosesləri müşahidə etdik. Bu mənada bir sıra toqquşan güclər var. Xüsusilə SEPAH daxilində olan radikal qanad müxalif mövqedə dayanır. İranın hazırkı siyasətinin heç bir halda dəyişməməsi üçün cəhdlər edir. O cümlədən Pezeşkiana qarşı müxtəlif vaxtlarda qara piyar aparılması və müəyyən təcridlərin həyata keçirilməsinin zaman-zaman şahidi olmuşuq. Son vaxtlarda, xüsusilə Yaxın Şərqdə İranın mövqelərinin zəifləməsi, eyni zamanda İsraillə müəyyən müddət davam edən toqquşmalar ölkə daxilində ziddiyyətləri daha da dərinləşdirdi. Çünki İranın Yaxın Şərqdəki proksi qüvvələri məhv edildi və Suriyadan çıxarıldı. Həmçinin Livanla İsrailin əlaqələri kəsildi. Bu mənada Pezeşkianın prosesi yürüdə bilməməsi və ona qarşı daxildəki ciddi təzyiqlər İranın gələcəyi baxımından da problemlərə yol açır. Ona görə də Pezeşkianın istefa ərizəsini təqdim etməsi tamamilə normaldır".
Politoloq əlavə edib ki, Qərblə və digər ölkələrlə münasibətləri normallaşdırılması və ənənəvi siyasətdən imtina edilməsi çox zəruri bir məsələdir:
"Ali dini lider də başa düşür ki, Pezeşkianın prezidentlik postundan getməsi İranda ciddi problemlərə yol aça bilər. Üstəlik, əvvəl Rəisinin qəzada həlak olması İranın imici baxımından və təhlükəsizliyində problemlər olması ilə bağlı məsələləri önə çıxardı. Ümumiyyətlə Pezeşkianın istefaya getməsi siyasi böhrana səbəb ola və ziddiyyətləri dərinləşdirə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya