Xorvatiyada təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Bu gün Xorvatiyanın İstriya bölgəsində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Xorvatiyanın dövlət xəbər agentliyi – HINA-nın polisə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfərin axtarışı isə davam edir.

Təyyarənin Almaniyadan havaya qalxdığı bildirilir.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.