Yaponiya Konstitusiyasını niyə dəyişir?- Aktual
06:56 14.05.2021
Dünya
1337
"Yaponiya parlamentinin alt palatası referenduma çıxarılması nəzərdə tutulan qanun layihəsini qəbul edib. Söhbət Yaponiya ordusunun gücləndirilməsindən gedir.
Yaponiya İkinci Dünya Müharibəsindəki ağır məğlubiyyətdən sonra yeni Konstitusiya qəbul etmək məcburiyyətində qaldı".
Bu barədə "Sherg.az"a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahin oğlu bildirib. Ekspert qeyd edib ki, bu daha çox pasifist Konstitusiyadır:
"Buna qədər müxtəlif dövlətlərin ərazilərini işğal edən Yaponiya ağır məğlubiyyətdən sonra ABŞ-ın təzyiqi yeni Konstitutiya qəbul etdi ki, buna görə Yaponiyanın ordu yaratması və ölkə hüdudlarından kənarda hərbi əməliyyatlar keçirməsi qadağan edilirdi. Bəlkə də bu qadağanın onilliklər boyu mövcud olması Yaponiyanın sürətli inkişafını sürətləndirdi. İkinci Dünya Müharibəsindən sonra orduya pul xərcləməyən Yaponiya imkanlarını və maliyyəsini iqtisadi layihələr ətrafında cəmləşdirdi.
Ancaq indi durum dəyişib. Çinin bölgədə hərbi imkanları artır və bu yalnız Yaponiyanı deyil, Yaponiyaya güclü ordu formalaşdırmağı qadağan edən ABŞ-ı da narahat edir. Ona görə də Tokio Vaşinqtonun razılığı ilə ordunu gücləndirməyə qərar verib. Ancaq bunun üçün Konstitusiyada zəruri dəyişikliklər edilməli və referendum keçirilməlidir. Konstitusiyada zəruri dəyişikliklərə parlamentdəki müxalifət partiyası da səs verib. Bu o deməkdir ki, Konstitusiyanın dəyişdirilməsiylə bağlı Yaponiyada konsensus əldə edilib. Çünki, Çin təhlükəsi hamını narahat edir".
E. Şahinoğlu onu da diqqətə çatdırıb ki, hazırda Yaponiyanı iki mövzu məşğul edib:
"Tokio həm pandemiya ilə mübarizə aparır, həm də olimpiadaya hazırlaşır. Buna baxmayaraq, Konstitusiyanın dəyişdirilməsinin vacibliyi də üçüncü mövzu kimi müzakirəyə çıxarılıb.
Parlamentin aşağı palatasının qəbul etdiyi qanun layihəsi iyun ayının ortalarında yuxarı palatanın da müzakirəsinə çıxarılacaq. Böyük ehtimalla yuxarı palata da qanun layihəsinə dəsətk verəcək. Bu Yaponiya Konstitusiyasına 1947-ci ildən bu yana ilk dəyişiklik olacaq.
Bu məsələdə əsas söz sahibi Amerikadır. Vaxtilə Yaponiyaya ordu saxlamağı qadağan edən ABŞ bu gün özü Yaponiyanın ordu yaratmasını və zəruri hallarda kənarda hərbi əməliyyatlarda iştirak etməsini istəyir. Bu mövzu ətrafında ABŞ prezidenti ilə Yaponiyanın baş naziri arasında Ağ Evdə danışıqlar da aparılıb.
Çin təhlükəsi ABŞ bölgədə yeni hərbi blok formalaşdırmağa məcbur edib. Bu blokda ABŞ yanında Yaponiya ilə yanaşı Avstraliya və Hindistanı da görmək istəyir. Yaponiyanın Konstitusiyanı dəyişdirməsi və ordusunu gücləndirməsi Çində birmənalı qarşılanmayacaq. Çin uzun illər məhz Yaponiyanın pasifist Konstitusiyasından istifadə edərək bu bölgədə fəallığını artmırmış, müxtəlif adaları iddiasını ortaya qoymuşdu. Yüksək texnologiyalara malik Yaponiyanın ordusunu gücləndirmək qərarını aldıqdan sonra isə Çinin çətinlikləri başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya