Yaponiya Kuril adalarına görə Ukraynanın yanındadır
Yusif Nəzərli
03:52 10.03.2022
Dünya
701
Elxan Şahinoğlu: "Vladimir Putin Tokio ilə danışıqları davam etdirsə də, Kuril adaları məsələsində heç bir addım atmadı"
Yaponiya ilə Ukrayna arasında hərbi yardımla bağlı sənədin imzalanması beynəlxalq aləmdə maraqla qarşılanıb. Yaponlar ukraynalılara gülləkeçirməz jiletlər, dəbilqələr, çadırlar, qış geyimləri, dərmanlar, generatorlar, kameralar, fövqəladə hallarda istifadə üçün müxtəlif alətlər verəcək. Bu, müasir Yaponiyanın tarixində bir ilkdir. Yaponiya İkinci Dünya müharibəsindəki ağır məğlubiyyətindən sonra dünyanın müxtəliq qütblərindəki münaqişələrə qarışmırdı. Ancaq iqtisadiyyatla və dünyaya daha çox məhsul ixrac etməklə məşğul olurdu. Lakin Rusiyanın Ukraynanı işğal etməyə çalışması Yaponiya kimi neytral siyasətə üstünlük verən ölkəni də hərəkətə gətirib.
Rəsmi Tokio işğala məruz qalmış Ukraynaya yardım göstərməyə qərar verib. Bu qərardan sonra Moskva Yaponiyanı “dost olmayan ölkələr” siyahısına əlavə edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Yaponiya başqa ilkə də imza atıb. Analitikin sözlərinə görə, Tokio Ukraynanın işğalı fonunda Qərb ölkələri kimi başda Rusiya Prezidenti olmaqla bu ölkənin müxtəlif rəsmiləri və biznesmenlərinə qarşı sanksiya qərarı verib:
“Sanksiyalar siyahısına həmçinin Rusiyanın 49 idarəsi, bankları və şirkətləri daxildir. Yaponiyanın Baş naziri Fumio Kisida Kuril adalarının cənub hissəsini Yaponiyanın əzəli əraziləri adlandırıb. Vaxtilə Rusiya tərəfindən işğal edildiyini bəyan edib. Baş nazir şimal ərazilərin Yaponiyaya məxsus olduğunu və onların üzərində Yaponiyanın suverenliyinin olduğunu vurğulayıb. Yaponiya İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ ilə sülh müqaviləsi imzalamadı. Çünki SSRİ Yaponiyanın Kuril adalarını işğal edərək geri qaytarmaq istəmirdi. Moskva 1950-ci illərin ortalarında Tokio ilə belə razılığa gəldi ki, sülh sazişinin müqabilində 4 adadan 2-sini Yaponiyaya qaytara bilər. Ancaq o da baş vermədi.
SSRİ dağıldıqdan sonra Yaponiya Rusiya ilə bu mövzuda danışıqlara başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin bir ara adaları Yaponiyaya geri qaytarmağa hazır idi. Ancaq Yeltsinin ətrafı onu bu addımdan çəkindirdi. Rusiyada hakimiyyətə gələn Vladimir Putin Tokio ilə danışıqları davam etdirsə də, Kuril adaları məsələsində heç bir addım atmadı. Əksinə, Rusiyanın yeni Konstitusiyasına “ərazi güzəşti qadağan edilir” maddəsi əlavə edildi. Yəni bundan sonra Kuril adalarının Yaponiyaya qaytarılması mümkün deyil, bunun üçün Rusiya Konstitusiyasına düzəliş edilməlidir. Kreml Kuril mövzusunu Tokio ilə müzakirə etmək istəmir”.
E.Şahinoğlu Tokionun Moskva ilə illərdir apardığı danışıqların nəticəsiz qaldığını deyib:
“Bundan başqa Rusiyanın Çinlə qurduğu strateji münasibətlər də Yaponiyanı narahat edir. Çin hərbi gücünü artırır və qonşuları, o cümlədən Yaponiya üçün təhlükə mənbəyinə çevrilib. Moskva Çinin bu siyasətini dəstəkləyir. Belə olan halda Yaponiyanın fəal xarici və təhlükəsizlik siyasəti həyata keçirməsinə ehtiyac yaranıb.
Ona görə də Yaponiya Rusiya işğalına qarşı müqavimət göstərən Ukraynaya dəstəyə qərar verib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya