Yəmən hərbçiləri Bab əl-Məndəbdə husilərin qayığını və minasını zərərsizləşdirib

Yəmən Ordusu Bab əl-Məndəb boğazında partlayıcı maddələrlə yüklənmiş bir qayığı məhv edib və "Ənsar Allah" üsyançı hərəkatının husilərinə məxsus dəniz minasını zərərsizləşdirib.

"Report"un xəbərinə görə, SABA agentliyi bu barədə hərbi qurumun sözçüsünə istinadən məlumat yayıb.

Yəmənin Hərbi Dəniz Qüvvələrinin döyüş başlığı ilə gəmini məhv etdiyi, habelə üsyançıların mülki və ticarət gəmilərinin hərəkət marşrutunda yerləşdirdiyi minanı qısa müddətdə zərərsizləşdirdiyi bildirilir.

Bundan əlavə, Yəmənin hava hücumundan müdafiə bölmələri husilərin Əl-Vadiya sərhəd zonasına doğru gedən pilotsuz zərbə aparatını vurub. Hadisə nəticəsində zərərçəkən olmayıb.