Yunanıstanda eynicinslilərin nikahı qanuniləşdirilib
Yusif Nəzərli
23:03 15.02.2024
Dünya
545
Yunanıstan parlamenti eynicinsli nikahlar və eynicinsli cütlüklərin birlikdə uşaq sahibi olmasına icazə verən qanun layihəsini təsdiqləyib. Sherg.az xəbər verir ki, Mülki Məcəllənin nikahın iki fərqli cins arasında olması ilə bağlı maddəsinə dəyişiklik edilərək, eynicinsli cütlüklərin rəsmi nikah və birgə uşaq dünyaya gətirməsinə icazə verən qanun layihəsi 300 yerlik parlamentdə 176 “hə” səsi ilə qəbul edilib.
Açıq səsvermədə 76 deputat qanun layihəsinin əleyhinə səs verib, 2 deputat isə bitərəf qalıb. 46 deputat səsvermədə iştirak etməyib.
Hakim Yeni Demokratiya Partiyasının bütün deputatları qanuna müsbət səs verməsə də, qanun layihəsi partiya daxilində də mübahisələrə səbəb olub.
Müxalifətin solçu partiyalarında təmsil olunan deputatların əksəriyyəti qanun layihəsini dəstəkləyib. Solçu partiyanın bəzi deputatları səsvermədə iştirak etməməyi seçiblər.
Yunanıstan Kommunist Partiyası (KKE) övladlığa götürməyə icazə verəcəyi səbəbiylə qanun layihəsini dəstəkləməyib.
Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis, səsvermədən sonra sosial media hesabından etdiyi paylaşımda, "Bu gün Yunanıstan Avropa Birliyinin (AB) evlilikdə bərabərlik prinsipini qanuniləşdirən 16-cı ölkəsi oldu. Səs verdiyimiz qanun layihəsinə görə fəxr edirik. Yunanıstanı Avropa dəyərlərinə sadiq mütərəqqi və demokratik bir ölkədir" deyə bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm