Yunanıstanın İqumenitsa limanında 39 yaşlı Rusiya vətəndaşı saxlanılıb. O, terrorçuluqla bağlı cinayətlərdə şübhəli bilinir.
Sherg.az xəbər verir ki, bu barədə Epirus telekanalı məlumat yayıb.
Bildirilib ki, kişi saxta sənədlə Yunanıstanı qanunsuz tərk etməyə cəhd edib. Yoxlama zamanı onun Şengen zonasına girişinə və orada yaşamasına Almaniya tərəfindən qadağa qoyulduğu müəyyənləşib.
Həmçinin Rusiya hüquq-mühafizə orqanlarının onu terrorçuluqla əlaqəli cinayətlərə, eləcə də terror qruplaşmasının üzvü olmasına görə axtarışa verdiyi məlum olub.
Saxlanılan şəxsdən saxta sənədlər götürülüb. Hazırda İqumenitsa Mərkəzi Liman İdarəsinin Təhlükəsizlik İdarəsi hadisə ilə bağlı araşdırma aparır.