Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri özü məlumat verib.
Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşnerlə görüşünün mümkün olduğunu bildirib:
"Bizim görüşümüz olacaq. Çox güman ki, bu görüş ABŞ-də baş tutacaq. Bizi dəvət ediblər. Düşünürəm ki, görüş yaxın günlərdə və həftə ərzində keçiriləcək".
Qeyd edək ki, bundan əvvəl "Suspilne" də V. Zelenskinin ABŞ-yə səfər edəcəyi barədə xəbər yaymışdı.