Zelenski: Açıq şəkildə bildiririk ki, Ukraynanın iştirakı olmayan danışıqları qəbul etməyəcəyik
09:32 19.02.2025
Dünya
385
Ukraynaya konkret təhlükəsizlik təminatları lazımdır.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN Türk-ə müsahibəsində bildirib.
“Müzakirə masasında Putin əgər müharibəyə dönmək istərsə, onu dayandıracaq insanlar olmalıdır. Bizə sözlə deyil, real və konkret təhlükəsizlik təminatlarını verə bilənlər olmalıdır. Belə bir dialoqa biz hazırıq. Diplomatiyanın nə olduğunu bilirik. Əlbəttə, Putinlə danışmağı o qədər də xoşlamıram. Biz düşmənik və düşmənçiliyimiz davam edir. Ancaq biz bu müharibəni bitirmək üçün hər şeyi edəcəyik. Hər şey tərəfdaşlar arasında açıq bir kommunikasiya ilə olmalıdır. Biz şahmat oynaya bilmərik. Çünki şahmatda hər bir addımınız bəzən onlarla, bəzən yüzlərlə, bəzən isə minlərlə insanın ölümünə səbəb olur”, - Zelenski vurğulayıb.
Ukrayna Prezidenti ABŞ-nin Rusiya ilə ikitərəfli əlaqələrinə də münasibət bildirib: “Mən bunu bəyənsəm də, bəyənməsəm də, bu, onların ikitərəfli əməkdaşlığıdır və ABŞ-nin öz qərarıdır. Yoxsa, əlbəttə, onların Putini siyasi izolyasiyadan çıxardıqlarını müşahidə edirik, amma yenə deyirəm ki, bu onların qərarıdır. Ancaq nə vaxt ki,
“Bizim müharibənin başa çatmasına dair planlarımız bunlardır” deyildiyində, bu, bizdə suallar yaradır. Biz müzakirə masasının harasındayıq? Müharibə Ukraynada gedir. Putin ukraynalıları öldürür, amerikalıları, ya da avropalıları yox. Elə buna görə də biz açıq şəkildə bildiririk ki, siz nə istəsəniz müzakirə edə bilərsiniz, amma bizsiz Ukraynanı müzakirə etsəniz, qəbul etməyəcəyik. Məncə, bu, olduqca ədalətlidir”.
Müharibəni bitirmək üçün həm Ukraynanın, həm də Rusiyanın danışıqlar masası arxasında olmasına diqqət çəkən Zelenski danışıqlarda təkcə Avropa İttifaqının deyil, Avropa qitəsinin də təmsil olunmasının vacibliyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm