Fransa, Almaniya və Böyük Britaniyanın liderləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə 8 dekabrda Londonda görüş keçirəcəklər. Görüşün məqsədi ABŞ-ın Rusiyanın növbəti kütləvi zərbələrindən sonra sülh sazişinə nail olmaq səylərini müzakirə etməkdir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Görüş barədə məlumat verən Fransa Prezidenti Emmanuel Makron əlavə edib ki, Zelenski, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə birlikdə Ukraynadakı vəziyyəti və ABŞ-ın iştirak etdiyi danışıqları qiymətləndirəcəklər.