Zelenski: Rusiyada Ukrayna silahlarının çatmadığı neft emalı zavodu yoxdur

Rusiyada elə bir neft emalı zavodu yoxdur ki, Ukraynanın dron hücumuna məruz qalmasın.

Teleqraf "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O vurğulayıb ki, bu həftə Ukrayna ordusu "düşmən təcavüzünü dəstəkləyən Rusiya obyektlərinə qarşı" hücumlar etməklə mühüm nəticələrə nail olub: "Ukrayna dronları Sibirə çatıb və Ukraynadan təxminən 2500 kilometr aralıda yerləşən Omskdakı neft emalı zavoduna zərbə endirib. İndi Ukrayna silahlarının çatmadığı bir dənə də olsun, Rusiya neft emalı zavodu qalmayıb".