Zelenski: Rusiyanın son hücumunda azı 4 nəfər ölüb, onlarla şəxs yaralanıb

Ukraynaya son hava hücumlarında Rusiya ümumilikdə 390-dan çox döyüş dronu və 34 müxtəlif tip raketdən istifadə edib.

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

Zelenski Ukraynanın 11 vilayətinə endirilən hava zərbəsi nəticəsində 4 nəfər mülki şəxsin öldüyünü, aralarında uşaqlar olmaqla onlarla insanın yaralandığını bildirib.

İlqar

İlqar Xudiyev

Zelenski

Rusiya ordusunun zərbələri