Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib.

Sherg.az xəbər verir ki, “Strana” nəşrinin məlumatına görə, Zelenski Ukraynanın heç bir şərt irəli sürmədən atəşkəsə və diplomatik danışıqlara keçməyə hazır olduğunu bildirib.

“Ukrayna şərtsiz atəşkəsə və diplomatiyaya keçməyə hazırdır. Əgər ruslar atəşkəsə hazırdırsa, bəli, heç bir şərt olmadan, sadəcə atəşkəs və danışıqlar”, – Zelenski deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə hazırda Ukrayna ilə bağlı danışıqlar prosesində heç bir irəliləyiş olmadığını bildirib. O, Moskvanın Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar formatına qayıdılmasına ümid etdiyini qeyd edib.

Qeyd edək ki, Moskva daha əvvəl döyüşlərin dayandırılması təşəbbüsünə qarşı çıxıb. Rusiya Prezidenti Vladimir Putin isə münaqişənin yekun şəkildə başa çatdırılmasının və davamlı sülhün təmin edilməsinin vacibliyini bildirib.