Zelenskidən şok: Rusiya bir həftədə 8 min itki verdi

Rusiya hava şəraitinin yaxşılaşması səbəbindən cəbhədə daha fəal irəliləməyə başlayıb, lakin itkiləri sürətlə artır. Cəmi yeddi gün ərzində Rusiya 8 mindən çox əsgərini itirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatında deyilir.

"Bu həftə rusların daha əlverişli hava şəraitindən istifadə edərək hücumlarını gücləndirmək cəhdlərini müşahidə etmişik.

Nəticədə, rus ordusu üçün yeganə nəzərəçarpacaq nəticə itkilərinin artması oldu: yalnız bu yeddi gündə 8 mindən çox rus əsgəri öldürüldü və ağır yaralandı",- bəyanatda deyilir.

Facebook