Zəncirbənddəki “YKK”nın sirri: Dünya onun ardınca düşüb
11:11 13.03.2024
Dünya
531
Üzərinizdə zəncirbəndli (fermuar) geyim varsa, diqqətlə baxın. Üzərində “YKK” hərfləri olmalıdır. Əgər brenddirsə. Saxtası da ola bilər. Amma dünyanın məşhur moda evlərinin istehsal etdiyi geyimlər zəncirbəndlidirsə, çalışırlar onu “YKK”-dan əldə etsinlər. Nədir bunun sirri və kimdir YKK?
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu sirri açır. Yapon sahibkar Tadao Yoshida zəncirbənd istehsal edən firmasını 1934-cü ildə qurub. YKK-nın açılımı da “Yoshida Kogyo Kabushikikaisha”dır. Yapon dilində bu, “Yoshida Limited Şirkəti” anlamına gəlir. "Calvin Klein", "Tommy Hilfiger", "Armani" və "Mavi jeans" kimi ünlü markalar YKK ilə əməkdaşlıq edir. Bu yapon firması bu gün dünyadakı zəncirbənd istehsalının 90 faizini qarşılayır.
Tadao Yoshida zəncirbənd icad etməyib. Əsrlərdir geymlərin, çantaların ayrılmaz hissəsi olan bu icad 1851-ci ildə Elias Hoveyə məxsusdur. O, 19-cu əsrdə avtomatik, geyimləri sürətli qapatma üçün patent əldə edib. Lakin E.Hove, özünün məşhur icadı olan tikiş maşınından sonra zəncirbənd ideyasından vaz keçib. Zəncirbənd 1890-cı illərdə amerikalı Vitkomb Cadson tərəfindən icad edilib və “zəncir kilid tutdurucu” adını alıb. Sonradan “Talon”, “Inc” adında şirkət zəncirbəndlərin istehsalına başlayıb. Amma məhz yapon Tadao Yoshidanın qurduğu YKK şirkəti bu gün moda sənayesində rəqibsizdir. Yapon sahibkar şirkətini inkişaf etdirmək üçün ABŞ-dən 1950-ci ildə keyfiyyətli zəncir istehsal edən dəzgah alıb. Bu dəzgah sayəsində zəncirbəndlər daha da keyfiyyətli və möhkəm istehsal edilib. Şirkət ildə 10 milyarda yaxın məhsul istehsal edib. Və hazırda dünyanın 73 ölkəsində fəaliyyət göstərir. Bu ölkələrdə şirkətin 206 fabriki var. Bu fabriklərdə 9 min 500 rəngdə zəncirbənd istehsal edilir. Şirkət suda zərər görməyən zəncirbəndlər istehsal edir. Müxtəlif rənglərdə və yüksəkkeyfiyyətli zəncirbəndlərə tələbat yüksəkdir. Məşhur moda evləri də məhz bu xüsusiyyətlərinə görə zəncirbəndləri bu şirkətə sifariş verir. Beləcə, bir amerikalının icadı bir yaponu dünya nəhənginə çevirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat